Tayvan ilk qadın prezidentini seçib

Tayvan ilk qadın prezidentini seçib
20:05 16 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Seçkilərdə qalib gələn müxalif Demoktratik Mütərəqqi Partiyasının (DPP) lideri Tsai Ing-wen çindilli ölkələrin ilk qadın prezidenti olub.
59 yaşlı liderin mənsub olduğu siyasi qüvvə Çindən müstəqilliyin tərəfdarıdır. Çin Tayvanı öz ərazisi hesab edir. Tsai Ing-wen-in opponentləri Pekinlə münasibətlərin korlanacağını deyirlər.
Milli.Az BBC-yə istinadən bildirir ki, Çinlə yaxınlaşma siyasətini dəstəkləyən hakim Kuomintang (KMT) partiyası məğlubiyyətini qəbul edib.
DPP seçicilərin 60 faizinin dəstəyini qazanıb.
1949-cu ildəki vətəndaş müharibəsindən sonra Tayvanla Çin arasında əlaqələr kəsilib. Tayvan Çindən ayrıldığını elan etsə də, Pekin onu həmişə öz ərazisi hesab edib.
Tayvan-Çin münasibətləri 2008-ci ildə KMT partiyasının hakimiyyət başına gəlməsindən sonra yaxşılaşmağa başlayıb. 2008-ci ildə ölkələr arasında birbaşa aviaəlaqə yaradılıb. Tərəflər bir sıra iqtisadi müqavilələr imzalayıb.
Pekinin nüfuzunun artmasından ehtiyatlananlar hesab edirlər ki, iki ölkə arasında yaxınlaşma Tayvan demokratiyası üçün təhlükə ola bilər.
Tayvan-Çin əlaqələrinin mühüm hadisələri
1949: Çində Mao Zedong-un kommunist partiyası hakimiyyətə gələndən sonra Chiang Kai-shek rəhbərliyi altında Kuomintang (KMT) millətçiləri Tayvanda hökümət qururlar
1971: BMT-də Tayvanın yeri Çinə güzəşt edilir
1979: ABŞ Çinlə diplomatik münasibətlər qurur, eyni zamanda Tayvanı müdafiə etmək öhdəliyini üzərinə götürür.
1993: Sinqapurda tərəflər arasında ilk dəfə olaraq birbaşa danışıqlar keçirilir
2005: Pekin Tayvanın Çinin əsas hissəsindən ayrılmasını kriminallaşdıran qanun qəbul edərək, bu halda hərbi qüvvədən istifadə ediləcəyi barədə xəbərdarlıq edir.
2008: Ma Ying-jeou Tayvanda prezident seçiləndən sonra tərəflər arasında yüksək səviyyədə danışıqlar bərpa olunub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR