Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib

Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib

Date: 16 January 2016 20:18


Bakı, 16 yanvar, AZƏRTAC
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.
Xatırladaq ki, nazirlik Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin dünyanın aparıcı ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil alması üçün aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparıb və ümumilikdə 3 min 558 nəfər təhsil almaq hüququ qazanıb.

Tags:  Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib


RƏYLƏR


Top news