Sərbəst güləş üzrə Bakıda beynəlxalq turnir keçirilib

Sərbəst güləş üzrə Bakıda beynəlxalq turnir keçirilib
20:33 16 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da yeniyetmələr arasında sərbəst güləş üzrə 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş 19-cu beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya və Gürcüstan idmançıları da birincilik uğrunda mübarizə aparıblar.
Hövsan Olimpiya İdman Kompleksində keçirilən turnirdə Mahir Məmmədov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), Əşrəf Aşurov (50 kq), Turan Bayramov (54 kq), Vahid Əlizadə (58 kq), Maqomed Surhoev (63 kq, Rusiya), Qoqa Mamiauri (69 kq, Gürcüstan), Rəşad Yusifli (76 kq), Əhliman Quliyev (85 kq), Vahit Qoloev (100 kq, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Hər çəki dərəcəsi üzrə ilk üç yeri tutan idmançılar diplom, medal və pul mükafatları ilə təltif ediliblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Serbest_gules_uzre_Bakida_beynelxalq_turnir_kechirilib-919178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR