Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qarabağ” hesabı açdı - VİDEO

“Qarabağ” hesabı açdı - VİDEO

Date: 16 January 2016 20:47

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Almaniya komandası ilə qarşılaşıb.

Əslində, Qurban Qurbanov yetirmələrini "Traktorsazi" ilə görüşdə sınamalı idi. Lakin sonradan rəbiq dəyişdirilib. Topaz Premyer Liqasının lideri Almanyanın Regional liqa təmsilçisi "Rot-Veiss Essen"lə münasibətlərinə aydınlıq gətirəcək.

"İC Santai" otelinin əsas meydançasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 19:30-da başlayıb.

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində yanvarın 20-də "Diosqyor" (Macarıstan), 23-də isə əvvəlcə "Admira Vaker" (Avstriya), sonra da "Yagelloniya" (Polşa) ilə yoxlama görüşü keçirəcək.

Yoxlama görüşü

16 yanvar

"Qarabağ" - "Rot-Veiss Essen" (Almaniya) - 1:0

Qol: Çumbinyo, 44

"İC Santai" otelinin əsas meydançası

"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 32. Elvin Yunuszadə, 25. Ansi Aqolli, 91. Coşqun Diniyev, 33. Rahid Əmirquliyev, 70. Çumbinyo, 10. Dani Kintana, 99. Muarem Muarem, 90. Samuel Armenteros

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 7. Namiq Yusifov, 6. Elgün Uluxanov, 18. İlqar Qurbanov, 19. Azər Salahlı, 2. Qara Qarayev, 8. Migel, 97. Mahir Mədətov, 77. Cavid Tağıyev, 11. Elvin Məmmədov, 67. Əl Hərbi Əl Jadeui, 94. Şahruddin Məhəmmədəliyev, 20. Riçard Almeyda.

Milli.Az


Tags:  Qarabağ hesabı açdı VİDEO


RƏYLƏR


Top news