Yunanıstanda melanomanın diaqnostikası üçün mobil əlavə ixtira edilib

Yunanıstanda melanomanın diaqnostikası üçün mobil əlavə ixtira edilib
20:58 16 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Afina Texnoloji İnstitutunun biotibbi mühəndislik kafedrasının mütəxəssisləri bədxassəli melanomanın ilkin diaqnostikası üçün “Mark1” innovasiya sistemi yaradıblar. Sistemin smartfonlar üçün iki fərqli əlavəsi ( biri xəstə, digəri həkim üçün) icra mərhələsindədir.
AZƏRTAC “osmi.info” saytına istinadla xəbər verir ki, proqramlar hər hansı təhlükəli dəri zədələnməsinin diaqnozunun vaxtında və dəqiq qoyulmasında xəstələrə, xüsusən də həkimlərə yardım etmək məqsədi daşıyır.
Pasiyent smartfonun kamerasının köməyi ilə bədənini müstəqil öyrənə, şübhə doğuran xalların şəklini çəkərək ilkin rəy almaq üçün dermatoloqa göndərə bilər. Həkim xəstəliyi erkən aşkar etmək və müalicəyə dərhal başlamaq üçün sonrakı müayinənin nə dərəcədə zəruri olduğunu qiymətləndirir.
“Mark1” əlavəsi hazırda ancaq ingilis dilində işləyir, amma tələbat olanda yunan dilinə də tərcümə olunur. Melanoma xəstəliyinə hər il təqribən 132 min adam tutulur, 50 minədək adam ölür. Bundan əlavə, son 40 ildə xəstələnənlər arasında gənclərin sayı bir neçə dəfə artıb. Erkən mərhələdə melanomanın müalicəsi şansı hazırda 70 faizə, son mərhələdə yalnız 15 faizə bərabərdir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yunanistanda_melanomanin_diaqnostikasi_uchun_mobil_elave_ixtira_edilib-919187

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR