Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan taekvondoçusu Fəridə Əzizova Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan taekvondoçusu Fəridə Əzizova Olimpiya Oyunlarına lisenziya qazanıb

Date: 16 January 2016 21:13


Bakı, 16 yanvar, AZƏRTAC 
Azərbaycan taekvondoçuları Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına daha bir lisenziyanı təmin ediblər. Növbəti lisenziyanı ölkəmizə birinci Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova qazandırıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 16-da İstanbulda start götürən Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində mübarizə aparan Fəridə Əzizova (67 kq) makedoniyalı Petra Matiyaseviçi (4:1), ukraynalı Tatyana Teterevyanikovanı (3:0) və sloveniyalı Franka Aniçi (1:0) məğlub edərək finala yüksəlib. İdmançımız finala vəsiqə qazanmaqla Rio Olimpiadasında iştirak hüququ əldə edib.
Bu, taekvondo üzrə yığma komandamızın Olimpiya Oyunlarına ikinci lisenziyasıdır. Digər lisenziyanın sahibi Radik İsayev 2015-ci ilin dekabrında 80 kiloqram çəki dərəcəsində Olimpiadaya vəsiqəni təmin edib.
Yanvarın 17-də daha iki təmsilçimiz - Patimat Abakarova (49 kq) və Milad Beigi Hərçəqani (80 kq) lisenziyalar uğrunda qüvvələrini sınayacaqlar.

Tags:  Azərbaycan taekvondoçusu Fəridə Əzizova Olimpiya Oyunlarına lisenziya qazanıb


RƏYLƏR


Top news