Qaxda 14 yaşlı qız dəm qazından zəhərlənib

Qaxda 14 yaşlı qız dəm qazından zəhərlənib
21:17 16 Yanvar 2016
66 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün axşam saatlarında Qaxda zəhərlənmə hadisəsi baş verib. "Report" xəbər verir ki, Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan 14 yaşlı Rəksanə Bəhruz qızı Məmmədli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı onun dəm qazından zəhərləndiyi məlum olub. Xəstəyə ilkin tibbi yardım göstərilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər Rəksanənin vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qaxda-14-yasli-qiz-dem-qazindan-zeherlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR