Əsəbi kişilər gənc yaşlarında çox vaxt diabetdən əziyyət çəkirlər

Əsəbi kişilər gənc yaşlarında çox vaxt diabetdən əziyyət çəkirlər
21:18 16 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Stresə qarşı davamsızlıq və daimi psixoloji gərginlik nəticəsində kişilər gənc yaşlarında II tip şəkərli diabetə tutula bilərlər. AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, Stenford Universitetinin mütəxəssisləri bu qənaətə gəliblər.
Stresə davamlılığı zəif olan 18 yaşlı gənclərdə II tip şəkərli diabetin yaranması riski onlar yaşa dolanda 50 faiz artır. Görünür, stress orqanizmdə maddələr mübadiləsini pozur və bunun nəticəsində diabetin inkişaf ehtimalı artır.
Heç də az əhəmiyyət daşımayan ikinci amil də var. Daim stress vəziyyətində olan insanlar sağlam olmayan həyat tərzinə və zərərli vərdişlərə meyilli olurlar. Belə insanlar çox vaxt düzgün qidalanmır və idmanla nadir hallarda məşğul olurlar. Ola bilsin, diabetin inkişafına məhz bu amil əlavə risklər yaradır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Asebi_kisiler_genc_yaslarinda_chox_vaxt_diabetden_eziyyet_chekirler-919192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR