Fırtınalı hava şəraiti ilə əlaqədar Bakı-İstanbul aviareysləri təxirə salınıb

Fırtınalı hava şəraiti ilə əlaqədar Bakı-İstanbul aviareysləri təxirə salınıb
21:38 16 Yanvar 2016
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 17-də İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) iki Bakı-İstanbul aviareysini təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Xatırladaq ki, ilk təyyarə yerli vaxtla saat 06:10-da, ikinci təyyarə isə 20:55-də Bakıdan İstanbula uçmalı idilər.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2481438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR