Çindilli ölkələrin ilk qadın prezidenti seçildi

Çindilli ölkələrin ilk qadın prezidenti seçildi
22:01 16 Yanvar 2016
31 Şou
Ölkə mətbuatı
A- A+

Seçkilərdə qalib gələn müxalif Demoktratik Mütərəqqi Partiyasının (DPP) lideri Tsai Ing-wen çindilli ölkələrin ilk qadın prezidenti olub. 59 yaşlı liderin mənsub olduğu siyasi qüvvə Çindən müstəqilliyin tərəfdarıdır.

Çin Tayvanı öz ərazisi hesab edir. Tsai Ing-wen-in opponentləri Pekinlə münasibətlərin korlanacağını deyirlər.
 
Axşam.az musavat.com-a istinadən bildirir ki, Çinlə yaxınlaşma siyasətini dəstəkləyən hakim Kuomintang (KMT) partiyası məğlubiyyətini qəbul edib. DPP seçicilərin 60 faizinin dəstəyini qazanıb. 1949-cu ildəki vətəndaş müharibəsindən sonra Tayvanla Çin arasında əlaqələr kəsilib. Tayvan Çindən ayrıldığını elan etsə də, Pekin onu həmişə öz ərazisi hesab edib. Tayvan-Çin münasibətləri 2008-ci ildə KMT partiyasının hakimiyyət başına gəlməsindən sonra yaxşılaşmağa başlayıb.

2008-ci ildə ölkələr arasında birbaşa aviaəlaqə yaradılıb. Tərəflər bir sıra iqtisadi müqavilələr imzalayıb. Pekinin nüfuzunun artmasından ehtiyatlananlar hesab edirlər ki, iki ölkə arasında yaxınlaşma Tayvan demokratiyası üçün təhlükə ola bilər.

Tayvan-Çin əlaqələrinin mühüm hadisələri 1949: Çində Mao Zedong-un kommunist partiyası hakimiyyətə gələndən sonra Chiang Kai-shek rəhbərliyi altında Kuomintang (KMT) millətçiləri Tayvanda hökümət qururlar 1971: BMT-də Tayvanın yeri Çinə güzəşt edilir

1979: ABŞ Çinlə diplomatik münasibətlər qurur, eyni zamanda Tayvanı müdafiə etmək öhdəliyini üzərinə götürür.

1993: Sinqapurda tərəflər arasında ilk dəfə olaraq birbaşa danışıqlar keçirilir 2005: Pekin Tayvanın Çinin əsas hissəsindən ayrılmasını kriminallaşdıran qanun qəbul edərək, bu halda hərbi qüvvədən istifadə ediləcəyi barədə xəbərdarlıq edir.

2008: Ma Ying-jeou Tayvanda prezident seçiləndən sonra tərəflər arasında yüksək səviyyədə danışıqlar bərpa olunub.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44407

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR