Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Emin Hüseynovun şikayət ərizəsi qəbul edilməyə bilər

Emin Hüseynovun şikayət ərizəsi qəbul edilməyə bilər

Date: 16 January 2016 22:11

Ölkəni tərk edərək İsveçrəyə sığınan hüquq müdafiəçisi Emin Hüseynov Azərbaycanı Avropa məhkəməsinə verməyə hazırlaşır.

ANS TV-nin məlumatına görə, hüquq müdafiəçisi iddia edir ki, o, məcburiyyət qarşısında vətəndaşlıqdan imtina edib.

Amma bu müraciətin hüquqi cəhətdən əsassız olduğu üzə çıxıb. Hüquq müdafiəçisi Emin Hüseynovun onu vətəndaşlıqdan məhrum edən Azərbaycan hakimiyyətindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizəsi qəbul edilməyə bilər.

Hüquqi prosedur buna yol vermir. Hüquqşünaslar hesab edir ki, Avropa məhkəməsinin insan hüquqları barədəki konvensiyasının altıncı bəndində ədalətli məhkəmə prinsipi var. Bu prinsipə uyğun olaraq şikayətçi şəxs birinci ölkədaxili məhkəmə instnsiyalarına müraciət etməlidir.

“Qüvvədə olan mülki prosesual məcəlləyə görə, 16-cı maddə - beynəlxalq məhkəmələrin səlayihətləri, şəxs bütün müdafiə vasitələri tükəndikdən sonra beynəlxalq məhkəmələrə müraciət edə bilər. Avropa insan haqları konvensiyasına görə, şəxs ölkəsində bütün məhkəmə instansiyalarına müracət etdikdən sonra beynəlxalq məhkəmələrə müraciət etmək hüququ yaranır”,- deyə hüquqşünas Sahib Quliyev bildirib.

Şəxs ölkəsində bütün müdafiə vasitələri tükəndikdən sonra beynəlxalq məhkəmələrə üz tuta bilər. Hüquqşünasın dediklərini Ədliyyə Nazirliyinin müvafiq qurumu ilə dəqiqləşdirdik. Qurumun əməkdaşları prosedurun məhz belə olduğunu təsdiq etdilər. Buna görə hüquq müdafiəçisinin bu müraciəti piar kompaniyanı xatırladır.

Emin Hüseynov iddia edir ki, ölkəni tərk etməzdən əvvəl ondan Azərbaycan vətəndaşlığından imtina etməsini tələb ediblər. Başqa sözlə, o, şikayətində bu addımı öz iradəsi ilə deyil, məcburiyyət qarşısında atdığını qeyd edib.

Hazırda İsveçrədə mühacirətdə olan barəsində cinayət işi başlanmış Hüseynov həbs ediləcəyindən ehtiyatlanaraq, 10 ay İsveçrənin Bakıdakı səfirliyində gizlənib. İsveçrə XİN ilə uzunmüddətli danışıqlardan sonra Azərbaycan hökuməti Hüseynovun İsveçrə XİN rəhbəri Didye Burhalterlə birlikdə ölkədən getməsinə razılıq verib.


Tags:  Emin Hüseynovun şikayət ərizəsi qəbul edilməyə bilər


RƏYLƏR


Top news