Lotereyada udanların səadəti və bədbəxtliyi

Lotereyada udanların səadəti və bədbəxtliyi
22:27 16 Yanvar 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da "Powerball" lotereyasının üç qalibi yarım milyard dollarlıq cekpotu bölüşdürməlidirlər. Nə az, nə çox, düz yarım milyard dolları!

Ancaq onlara bəxtəvərlik verməyə tələsməyin. Ayrı-ayrı lotereya qaliblərinin taleyi göstərir ki, qəfildən, az qala, göydəndüşmüş sərvət heç də hamıya səadət gətirmir. Əksinə, onları daha da bədbəxt edir, bəzən ölümlərini tezləşdirir, bəzən də...

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, 42 yaşlı kanadalı Gerald Muswagon 10 milyon dəyərində lotereya udduqdan 10 il sonra özünü asıb.

LOTERAYADA BƏXTİ GƏTİRİB, HƏYATDA GƏTİRMƏYƏNLƏR

Amerikalı Alex və Rhoda Toth 1990-cı ildə 13 milyon dollar udmuşdular. Amma 15 il sonra onlar iflas olduqlarını elan etdilər. Üstəlik də vergidənyayınmada ittiham olundular. Ər məhkəməyə kimi öldü, arvadsa iki ilini həbsxanada keçirdi.

Britaniyalı Callie Rogers-in başına "dövlət quşu" çox erkən - 16 yaşında qonub. O, lotereyada 1.88 milyon funt sterlinq udub. Ancaq o bu sərvətin, az qala, hamısını narkotikə, plastik əməliyyatlara və ziyafətlərə xərcləyib. Düz üç dəfə intihara cəhd edib.

2013-cü ildə 26 yaşlı Rogers "The Daily Mail"ə deyib ki, həmin milyondan bank hesabında vur-tut 2000 funt qalıb. O, daha bir sirrini bölüşüb: heç zaman özünü xoşbəxt saymayıb.

İŞSİZ MİLYONÇUNU SAHƏ MÜVƏKKİLİ MÜŞAİYƏT EDİRMİŞ Kİ...

Rusiyada rekord uduşun - 1 milyon dolların sahibi Ufadan olan, işsiz Nadezhda Mukhamyetzianova beş il sonra ömrünü səfalət içində başa vurub. Milyonçu qadının qapısını tanımadığı insanlar döyməyə, kömək istəməyə başlayıb, ancaq o da xəsislik etməyib, pulu, az qala, xəzəl kimi səpib, həftəyə 50 min dollar xərcləyirmiş. İş o yerə çatıb ki, onu qarət etməsinlər deyə, adi mağazaya gedəndə belə onu sahə müvəkkili müşayiət edirmiş. Yaşı 50-ni haqlayan ər-arvadın başı içki dumanından açılmırmış. Hamısı da dostların sayəsində. Şahidlər belə deyirlər hər halda.

Ancaq arvadının ölümündən sonra əri içkini atıb. "Pulun olanda, dostun da yoxdur", - o mk.ru-ya deyib.

BƏXTİ GƏTİRƏNLƏR DƏ VAR

Ancaq mətbuatın vaxtaşırı yazdığı hay-küylü "bədbəxt" lotereya qalibləri ilə yanaşı, başqa örnəklər də var. Lotereyada milyon udsalar da, kölgədə qalmağa üstünlük verənlər həddən çoxdur. Məsələn, 1996-cı ildə 1136 amerikalı lotereyada bir milyondan artıq udsalar da, "görünməz" qalmağa çalışıblar.

Ancaq bəziləri daha iddialı danışır, birbaşa bəyan edirlər ki, pul onları daha xoşbəxt edib. Misal üçün "Euromillion"da 1 milyon funt sterlinqdən çox udan britaniyalı Matt Myles və Jane Park kimi. Onlar həyatın dadını çıxardıqlarını, bu yolda xəsislik etmədiklərini gizlətmirlər, ancaq səfalət içində ölməyəcəklərinə də əmindirlər.

LOTEREYA İNSANI YAXŞILAŞDIRIRMIŞ...

Britaniyalı alimlərin araşdırmaları göstərir ki, lotereya qaliblərinin ruhi halı yaxşılaşır. Kaliforniya Universitetinin alimlərinin araşdırmaları isə başqa maraqlı məqamı ortaya çıxarıb. Sən demə, lotereyada udandan sonra artan "xoşbəxtliyin həddi" sonradan "uduşa qədərki həddə" düşürmüş. Alimlər bu halın adətən baş verdiyini deyirlər, istisnalar da mümkündür. Yəni, lotereyada udana qədər xoşbəxt idinizsə, elə ondan sonra da həyatınızda hər şey öz axarında gedəcək.

Böyük pullar insanları heç də həmişə iflasdan qurtarmasa da, lotereya qaliblərinin rəy sorğusu göstərir ki, qəfildən peyda olan böyük pullar xoş sürprizdir və onları məmnun edib.
Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dodaqlarda yaşayan qorxunc virus

29 Mart 2017 23:05

Banka borcu olan kişi özünü öldürdü - Şəkidə

29 Mart 2017 23:04

Bu reyslərdə planşet və noutbuklara icazə verildi

29 Mart 2017 22:57

Ağcabədidə 13 yaşlı məktəbli qızı qaçırdılar - CİNAYƏT

29 Mart 2017 22:53

Sağlam və parlaq saçlar üçün YUMURTA MASKASI

29 Mart 2017 22:52

Colidən növbəti xeyirxah addım

29 Mart 2017 22:52

Hava limanına Ronaldonun adı verildi - FOTO

29 Mart 2017 22:43

"Fərat Qalxanı" əməliyyatı başa çatdı -

29 Mart 2017 22:43

Yeni evlənən cütlük hamının gözü qarşısında mübahisə etdi

29 Mart 2017 22:42

Misin insan orqanizmində rolu

29 Mart 2017 22:37

Ayaqqabı ayağınızı sıxırsa... - ÇARƏ

29 Mart 2017 22:37

Türkiyə Booking.com-u bağladı

29 Mart 2017 22:34

Şəmkirdə yaşayış evində partlayış baş verib -

29 Mart 2017 22:28

Hiperaktiv uşaqların davranışı belə olur- ƏLAMƏTLƏR

29 Mart 2017 22:27

Booking.com saytının fəaliyyəti Türkiyədə dayandırıldı

29 Mart 2017 22:27

Müğənni və sevgilisi romantik gəzintidə - FOTO

29 Mart 2017 22:22

Kənan və Dəniz 20 il əvvəl - FOTO

29 Mart 2017 22:22

Futbolçunun həyat yoldaşı onu klub və millidən uzaqlaşdırmağı xahiş edir - QİSAS

29 Mart 2017 22:22

SƏPGİLƏR əleyhinə evdə hazırlanılan KREM

29 Mart 2017 22:12

Aktrisa doğumdan sonra ilk dəfə - FOTO

29 Mart 2017 22:12

Avropada ən böyük yaşayış evi satılıb

29 Mart 2017 22:12

"Fərat qalxanı" əməliyyatı başa çatdı

29 Mart 2017 22:08

Rusiya, İran və Suriya hərbi cinayətlərdə ittiham edildi

29 Mart 2017 21:59

Bakıda yanğın olub

29 Mart 2017 21:57

Müsəlman idmançıdan Trampa məktub:

29 Mart 2017 21:57

"YouTube"da uşaqlar üçün təhkükəli videolar yayılıb - Valideynlərə xəbərdarlıq!

29 Mart 2017 21:52

Davud Güloğlu yeni filmə çəkilib - FOTO

29 Mart 2017 21:52

Məşhur aparıcının yeni iş yeri bəlli oldu

29 Mart 2017 21:47

Şou-biznesin məşhur simaları bu evlərdə yaşayır - SİYAHI - FOTO

29 Mart 2017 21:37

Adriana Lima Türkiyədə podiuma çıxacaq

29 Mart 2017 21:37

Bakıda bir nəfəri öldürüb, digərini yaralayan şəxs barədə məhkəmə qərar verib

29 Mart 2017 21:32

Azərbaycan millisi Moldovaya şans vermədi

29 Mart 2017 21:29

Çirkli hava beyini kiçildir - Qarşısını almaq üçün nə etməli?

29 Mart 2017 21:28

Türkiyənin qərbi silkələndi - 4,5 balla

29 Mart 2017 21:27

"Ozancan Türkiyə millisində oynaya bilər" - "Bursaspor" rəsmisi

29 Mart 2017 21:27

Qadının gözündən 8 sm-lik qurd çıxarılıb

29 Mart 2017 21:22

Yol polisindən sürücülərə: İngilis və rus dilini öyrənin

29 Mart 2017 21:22

Yazda hansı xəstəliklər üzə çıxır?

29 Mart 2017 21:22

Əli İnsanovun məhkəməsinin vaxtı açıqlandı

29 Mart 2017 21:21

Sabiq prokurorluq əməkdaşının məhkəməsi başladı

29 Mart 2017 21:19

Azərbaycan Moldovanı darmadağın etdi

29 Mart 2017 21:17

"Böyük bir klubla müqavilə imzaladım" - Millimizin futbolçusu

29 Mart 2017 21:17

Xaricdə yaşayan azərbaycanlı aktrisa: "Orda qalsaydım..." - FOTO

29 Mart 2017 21:17

Ümumdünya Səhiyyə Təşkilatından qızılca XƏBƏRDARLIĞI

29 Mart 2017 21:13

Tanınmış bəstəkar kövrəldi: "Ailəmdəki itkiylə bağlı 5 ildir ki, heç bir bayram keçirmirəm" - FOTO

29 Mart 2017 21:12

Millimizin daha bir üzvü "Bursaspor"da - RƏSMİ

29 Mart 2017 21:07

Toy gecəsi yaranan problemlər - "Qorxu bəzən o qədər çox olur ki..."

29 Mart 2017 21:05

Evdə partlayış oldu: qadın yaralandı

29 Mart 2017 21:04

"Bir qutu siqaret alın uşağımın beynini dağıtdığım yeri sizə göstərim" - 7 yaşlı uşağını öldürən ata

29 Mart 2017 20:57

Şəmkirdə yaşayış evində partlayış - Xəsarət alan var

29 Mart 2017 20:57