"Qarabağ" almanlara qalib gəldi

"Qarabağ" almanlara qalib gəldi
22:51 16 Yanvar 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirib.

ANS PRESS-in məlumatına görə, Qurban Qurbanov yetirmələrini Almaniyanın "Rot-Veyss Essen" klubu ilə oyunda sınayıb.

Ağdamlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə yeganə qolu oyunun 44-cü dəqiqəsində Çumbinyo vurub. "Rot-Veyss Essen" klubu 1907-ci ildə yaradılıb. 1953-cü ildə Almaniya Kubokunu, 1955-ci ildə çempionluğunu qazanan klubu hazırda Regional Liqanın Qərb zonasında çıxış edib. Komanda cari mövsüm keçirdiyi 19 oyunda 24 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


"Rot-Veyss Essen" klubu

Qeyd edək ki, "Qarabağ" Antalyada daha 3 oyun keçirəcək. Yanvarın 20-də "Diosqiori" (Macarıstan) ilə qarşılaşacaq ağdamlılar ayın 23-də iki oyunda qüvvəsini sınayacaq. Qurban Qurbanov həmin gün yetirmələrini "Admira Vakker" (Avstriya) və "Yaqelloniya" (Polşa) ilə oyunlarda sınayacaq.

Antalya
Yoxlama görüşü
16 yanvar

Qarabağ (Azərbaycan) - Rot-Veyss Essen (Almaniya) 1:0
Qol: Çumbinyo, 44
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 10. Dani Kintana, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 33. Rahid Əmirquliyev, 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 91. Coşqun Diniyev, 90. Samuel Armenteros, 99. Muarem Muarem.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 6. Elgün Uluxanov, 8. Migel, 7. Namiq Yusifov, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 19. Azər Salahlı, 20. Riçard Almeyda, 97. Mahir Mədətov, 67. Əl Hərbi Əl Jadeui, 77. Cavid Tağıyev, 94. Şahruddin Məhəmmədəliyev.
"İC Santai" otelinin əsas meydançası.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR