Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ağır yol qəzası (FOTO)

Azərbaycanda ağır yol qəzası (FOTO)

Date: 16 January 2016 23:01

Bərdədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Qaradağlı kənd sakini 31 yaşlı Samir Nəbiyev idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə yolu keçmək istəyən piyadanı vurub.


Hadisəni törədən avtomobil


Baş nahiyəsindən zərbə alan qadın elə hadisə yerindəcə dünyasını dəyişib. Rayon polis şöbəsinin əməkdaşları avtoqəzanın baş verdiyi ünvana gəlib. Hadisə nəticəsində dünyasını dəyişən Rəsmiyyə Cəfərova Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib.



Qadının meyiti müayinə olunmaq üçün morqa gətirilib

Hazırda baş vermiş qəza ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tags:  Azərbaycanda ağır yol qəzası FOTO

RƏYLƏR


Top news