"Canımı güclə qurtardım, sevgilim məni döydü" - FOTO

"Canımı güclə qurtardım, sevgilim məni döydü" - FOTO
23:05 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"İşte benim stilim" yarışmasıyla tanınan Nazlı Hamarat yeni münasibətə başladığı sevgilisi Doruk Haybat tərəfindən döyülüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sosial şəbəkədə əzilən barmaqlarının fotosunu paylaşan Nazlı yazıb:

"Az əvvəl canımı güclə qurtardım. Doruk Haybat tərəfindən şiddətə məruz qaldım. Bunlar təkcə əlimə, üzümə dəyən zərbələrdir. Birindən qurtuldum deyərkən, növbətisi baş verdi. Şiddət tərəfdarı ilə tanış olmaq nə qədər pisdir. Bu, mənim taleyimdir, görəsən?".

Xatırladaq ki, Nazlı Hamaratın əri Emir Şaşmaz ötən ilin sonunda ölmüş və o, keçmiş sevgilisi Doruk Haybatla münasibətə başlamışdı.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/398651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR