14 yaşlı qız dəm qazından zəhərləndi

14 yaşlı qız dəm qazından zəhərləndi
23:09 16 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaxda 8-ci sinif şagirdi dəm qazından zəhərlənib. Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün  axşam saat 18 radələrində Qax şəhəri,  Üzeyir Hacıbəyov küçəsində yaşayan 2001-ci il təvəllüdlü  Rəqsanə Bəhruz qızı Məmmədli zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 14 yaşlı R. Məmmədli yaşadığı evin vanna otağında çimərkən dəm qazından zəhərlənib.  Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən R. Məmmədliyə lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

 

R. Məmmədlinin yaxın saatlarda ambulator müalicə almaq şərti ilə evə buraxılacağı bildirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR