Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qaxda 8-ci sinif şagirdi zəhərləndi

Qaxda 8-ci sinif şagirdi zəhərləndi

Date: 16 January 2016 23:12

Qaxda 8-ci sinif şagirdi dəm qazından zəhərlənib.
Milli.Az APA-ya istinadən bildirir ki, Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün  axşam saat 18 radələrində Qax şəhəri,  Üzeyir Hacıbəyov küçəsində yaşayan 2001-ci il təvəllüdlü  Rəqsanə Bəhruz qızı Məmmədli zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 14 yaşlı R. Məmmədli yaşadığı evin vanna otağında çimərkən dəm qazından zəhərlənib.  Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən R. Məmmədliyə lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.
 
R. Məmmədlinin yaxın saatlarda ambulator müalicə almaq şərti ilə evə buraxılacağı bildirilir.  
Milli.Az


Tags:  Qaxda 8-ci sinif şagirdi zəhərləndi


RƏYLƏR


Top news