Son zamanlar uşaq oğurluğu ilə bağlı müxtəlif məlumatlar yayılır. Bundan narahat olan valideynlər nə edəcəklərini, hansı tədbirləri görəcəklərini bilmirlər.
Milli.Az lent.az-a istinadən uşaq oğurluğunun azalması üçün valideynlərə 10 məsləhət təqdim edir. Bunları mütləq bilməlisiniz, əziz ata-analar!
- Uşaqlarınıza şübhəli, təhlükəli yerlər haqqında məlumat verin. Kimsəsiz küçələr, inşaat tikililəri və tərk edilmiş yerlərə getməməli olduqlarını öyrədin.
- Uşağınıza tanıdığı şəxs belə olsa, sizin icazəniz olmadan onunla getməməli olduğunu öyrədin.
- Uşaqlarınızı tənbeh edin ki, tanımadığı şəxslərdən yemək, içki, dərman kimi maddələr almaq olmaz.
- Uşağınıza çətin zamanda düşdüyü an qışqıraraq kömək istəyə biləcəyini deyin.
- Uşağınıza adını, soyadını, ailə üzvlərinin ad, soyadını, ünvanını öyrədin. Şəxsiyyət vəsiqəsini yanlarında gəzdirməyi vərdiş etsinlər.
- İnternet və sosial şəbəkələrdə tanımadığı şəxsə şəkil, məktəb və digər şəxsi məlumatlarını göndərməməyi öyrədin.
- Uşaqlarınıza evdə yalnız qaldıqlarında tanımadıqları kimsəyə qapı açmamağı tapşırın.
- Uşaqlarınız parkda və bayırda oyun oynayarkən həmişə izləyin. Gün içində nə etdiklərindən xəbərdar olun. Dostlarının və onların ailələrinin adlarını, telefonunu, ünvanlarını öyrənin.
- Uşaqlarınıza polisləri güvənilə biləcək biri kimi tanıdın və məktəb, xəstəxana, polis şöbəsi, məscid kimi yerlərdən yardım istəyə biləcəyini söyləyin.
- Uşağınızı kiməsə əmanət etməli olduğunuzda həmin insanla mütəmadi əlaqə yaradın.
Milli.Az