“Mercedes” ağaca çırpıldı: 3 yaralı

“Mercedes” ağaca çırpıldı: 3 yaralı
23:34 16 Yanvar 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Beyləqanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası  baş verib. Hadisə Daşburun-Beyləqan yolunun Milabad kəndi ərazisindən keçən hissəsində baş verib. Sürücü, Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Hüseyinov Əkbər Azad oğlu  “Mercedes” markalı avtomobilin idarəetməsini itirib, nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb. 

 

Sürücü Ə. Hüseyinovla yanaşı, sərnişinlər 1987-ci il təvəllüdlü Bakı şəhər, Binəqədi rayon Biləcəri sakini Xəlilov Rasim Nizaməddin oğlu və Beyləqan rayon sakini 1987-ci il təvəllüdlü Həsənov Zamiq Qənimət oğlu müxtəlif bədən xəsarəti ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Beyləqan MRX-da travmatoloq-həkim Elyar Namazovun APA-ya verdiyi xəbərə görə, xəstələrə ilkin tibbi yardım göstərilir.

 

Onların vəziyyəti hələlik orta ağır qiymətləndirilir.

 

 

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/229003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR