Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İslamı ilk qəbul etmiş şəxslər kimlər idi?

İslamı ilk qəbul etmiş şəxslər kimlər idi?

Date: 16 January 2016 23:47

Milli.Az islam.az-a istinadən bildirir ki, Peyğəmbərə (s) iman gətirmiş ilk şəxs onun həyat yoldaşı Xədicə xanım oldu. Bundan sonra hələ yetkinlik yaşına çatmamış Əli ibn Əbutalib (ə) müsəlman oldu. Ondan sonra Peyğəmbərin oğulluğu Zeyd ibn Harisə imana gəldi. Bunun ardınca Əbu Bəkr İslamı qəbul etdi. Əbu Bəkrdən sonra beşinci yerdə Əbuzərin və ya Səd ibn Əbu Vəqqasın İslamı qəbul etdiyini yazırlar. Bəzi məlumatlara görə, ilk 7 müsəlmandan biri Miqdad idi. Səkizinci yerdə Təlhə ibn Übeydullah sayılır. Əbu Übeydə ibn Cərrah, Peyğəmbərin əmisi Həmzə, İmam Əlinin qardaşı Cəfəri-təyyar, Osman ibn Affan, Əbdürrəhman ibn Ovf, Səid ibn Zeyd, Zübeyr ibn Avvam və başqaları da ilk müsəlmanlardan idi. İlk müsəlmanlardan sayca 30-cusunun Əmmar ibn Yasir, 40-cısının Ömər ibn Xəttab olduğunu yazırlar.
Milli.Az


Tags:  İslamı ilk qəbul etmiş şəxslər kimlər idi


RƏYLƏR


Top news