Avtoqəzada 3 nəfər yaralandı

Avtoqəzada 3 nəfər yaralandı
00:01 17 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Beyləqanda 3 nəfərin xəsarət almasına səbəb olan yol-qəza hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə Daşburun-Beyləqan yolunun Milabad kəndi ərazisindən keçən hissəsində baş verib. Beyləqan rayon sakini, 27 yaşlı Əkbər Hüseynov idarə etdiyi “Mercedes” markalı maşın ilə yoldan çıxaraq ağaca çırpılıb.

Sürücüylə yanaşı 29 yaşlı paytaxt sakini Rasim Xəlilov və Beyləqan rayon sakini 29 yaşlı Zamiq Həsənov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərilib. Xəstəxanadan vəziyyətlərinin orta ağır olduğu bildirildi.

Beyləqan rayon polis şöbəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR