Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərindən sonra qardaşı da öldü

Ərindən sonra qardaşı da öldü

Date: 17 January 2016 00:16

Ötən gün həyat yoldaşı Rene Ancelilin dünyasını dəyişməsindən sonra kanadalı müğənni Selin Dion daha bir bəd xəbər alıb.

Axşam.az lenta.ru-ya istinadən xəbər verir ki, ifaçının 59 yaşlı qardaşı Daniel Dion bu gün səhər saatlarında uzun müddətdir, əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişib. Daniel həyatla vidalaşarkən yanında qohumları və 89 yaşlı anası Tereza Dion olub. Musiqiçi olan D.Dionun iki qızı var. O, 14 uşaqlı ailənin 8-ci övladı olub.

Xatırladaq ki, yanvarın 14-də Selin Dionun 73 yaşlı əri və meneceri Rene Ancelil də qırtlaq xərçəngindən dünyasını dəyişib. O, Las-Veqasdakı evində keçinib.

Tags:  Ərindən sonra qardaşı öldü

RƏYLƏR


Top news