Azərbaycanlı qız türkləri belə "aldatdı"

Azərbaycanlı qız türkləri belə "aldatdı"
00:41 17 Yanvar 2016
190 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur “Yetenek Sizsiniz Türkiyə” yarışmasına qatılan azərbaycanlı qız juriləri heyrətləndirib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə kifayət qədər məşhur olan "Yetenek Sizsiniz Türkiyə" yarışmasına Bakıdan 23 yaşlı Anna Zemçenko qatılıb. O göstərdiyi illuziya şousu ilə, nəinki münsifləri, eləcə də tamaşaçıları şoka salıb. O, yarışmada İki illuziya nömrəsi göstərib. Hər iki nömrədə də jurilər iştirak edib. İlk nömrə kartla, digər nömrə isə kitabla olub.

Həmyerlimiz bacarığı ilə hər üç jurilərdən "hə" cavabı alaraq, ikinci tura keçib. Yarışmadakı Annanın illuziya nömrəsini sizə təqdim edirik:




Bundan əvvəl isə ötən ilin noyabr ayında "Yetenek Sizsiniz Türkiyə" yarışmasına 9 yaşlı azərbaycanlı Fatimə Sadıqova qatılıb. O, hind rəqsi ilə münsiflərin qarşısına çıxıb. Həmyerlimiz hər üç münsifdən "hə" cavabı alıb. Fatimə yarışmada Bəxtiyar Vahabzadənin "Azərbaycan Türkiyə" şeirini də səsləndirib.


Fatimə Sadıqovanın yarışdakı rəqsi


TV8-də telekanalında yayımlanan yarışma proqramının münsiflər kürsüsündə əyləşənlər bunlardır:


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369876

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR