İki gün əvvəl ərini itirmiş müğənninin qardaşı öldü

İki gün əvvəl ərini itirmiş müğənninin qardaşı öldü
00:54 17 Yanvar 2016
67 Şou
Ölkə mətbuatı
A- A+

Yanvarın 14-də həyat yoldaşı Rene Ancelilini itirən dünya şöhrətli kanadalı müğənni Selin Dion daha bir ağır itki ilə qzləşib.  

 

APA-nın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, müğənninin 59 yaşlı qardaşı Daniel Dion yanvarın 16-da səhər saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.  

 

Qeyd edək ki, yanvarın 14-də Selin Dionun həyat yoldaşı 73 yaşlı Rene Ancelil Las Veqasdakı evində vəfat edib. O, uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

Qeyd edək ki, cütlük 1994-cü ildə ailə həyatı qurublar və üç uşaqları var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/229007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR