Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Türk Hava Yolları”nın Bakıya iki reysi təxirə salındı

“Türk Hava Yolları”nın Bakıya iki reysi təxirə salındı

Date: 17 January 2016 01:09

İstanbulda proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları”nın yanvarın 17-nə nəzərdə tutulan iki Bakı-İstanbul aviareysi təxirə salınıb.

 

APA-nın xəbərinə görə,  “Türk Hava Yolları”nın rəsmi saytında dərc edilmiş məlumatda bildirilir ki, yerli vaxtla saat 06:10-da İstanbul-Bakı və 20:55-də Bakı-İstanbul marşrutu üzrə  planlaşdırılan aviareyslər təxirə salınıb.

 

Qeyd edək ki, fırtınalı hava şəraiti ilə əlaqədar İstanbulda onlarla aviareys təxirə salınıb.


Tags:  Türk Hava Yollarının Bakıya iki reysi təxirə salındı

RƏYLƏR


Top news