Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Məşhur futbolçudan qeyri etik hərəkət (VİDEO)

Məşhur futbolçudan qeyri etik hərəkət (VİDEO)

Futbolçudan intim təklifini qəbul etməyən qıza qarşı VƏHŞİLİK - VİDEO (25 Fevral 2017 16:33)
Futbolçudan intim təklifini qəbul etməyən qıza qarşı vəhşilik - VİDEO (25 Fevral 2017 00:07)
"Bavariya"nın baş məşqçisi qeyri-etik hərəkətinə görə cərimələnib (21 Fevral 2017 18:12)

Tarix: 17 Yanvar 2016 01:11

İspaniya "Kral Kuboku"nun "Espanyol"a qarşı oyununda "Barselona"nın müdafiəçisi Dani Alveş tərbiyəsiz hərəkətlə yadda qalıb.

ANS PRESS-in məlumatına görə, braziliyalı futbolçu azərkeşə qarşı qeyri etik hərəkət edib.

Hakim bu epizodu görməsə də Alveşin hərəkəti kameralardan yayınmayıb. Braziliyalı ulduz onu söyən azarkeşlərə arxasını göstərib. Alvesin bu hərəkəti intizam komitəsinə çıxarılsa futbolçu cəzadan qaça bilməyəcək.



Ispaniya Kral Kubokunun 1/8 final mərhələsinin cavab matçında "Espanyol"un qonağı olan "Barselona" ilk matçda olduğu kimi, rəqibinə yenə qalib gələrək (2:0) 1/4 finala adlayıb.


"Kral Kuboku"nun təqvimi

Artıq İspaniya "Kral Kuboku"nun 1/4 final mərhələsində qarşılaşacaq cütlüklərdə müəyyənləşib. Turnirin favoriti "Barselona" "Atletik"ə rəqib olub.Digər favorit - "Atletiko" isə yarımfinala vəsiqə uğrunda "Selta"nı sınağa çəkəcək. 1/4 finalın ilk oyunları yanvarın 20-da, cavab qarşılaşmaları 27-də keçiriləcək. Yanvarın 29-də keçiriləcək püşkatma yarımfinal mərhələsinin cütlərini müəyyənləşdirəcək.

1/4 final:

"Valensiya" – "Las-Palmas"

"Atletik" – "Barselona"

"Sevilya" – "Mirandes"

"Selta" – "Atletiko

Teqlər:  Məşhur futbolçudan qeyri etik hərəkət VİDEO



RƏYLƏR


Top xəbərlər