Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Amano: "İranın nüvə proqramına dair hesabat IAEA dövlətlərinə təqdim olunub"

Amano: "İranın nüvə proqramına dair hesabat IAEA dövlətlərinə təqdim olunub"

Date: 17 January 2016 01:27

Bakı. 17 yanvar. REPORT.AZ/ İranın nüvə proqramının məhdudlaşdırmasına dair hesabat Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) üzv dövlətlərə təqdim olunub.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Yukiya Amano məlumat verib.
"Hesabata əsasən rəsmi Tehran nüvə proqramına dair Kompleks Fəaliyyət Planının icrası üçün ilkin addımları atıb", - deyə Amano bildirib.
Xatırladaq ki, bu il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq.

Tags:  Amano İranın nüvə proqramına hesabat IAEA dövlətlərinə təqdim olunub

RƏYLƏR


Top news