Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nəhayət ki, ABŞ İran qərarını verdi

Nəhayət ki, ABŞ İran qərarını verdi

Date: 17 January 2016 02:36

ABŞ və Avropa Birliyi İranın nüvə proqramına görə tətbiq etdiyi sanksiyaları Tehran üzərindən götürüb.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Con Kerri və Avropa Birliyinin (AB) xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini açıqlama verib.

Con Kerri bildirib ki, Birləşmiş Ştatlar prezidenti Barak Obama müvafiq fərman imzalayıb. Kerri bu bəyanatı MAQATE-nin nüvə sazişinin şərtlərinin implementasiyası üçün nəzərdə tutulan bütün tələblərin Tehran tərəfindən yerinə yetirildiyini təsdiq etməsindən sonra verib.

Analoji bəyanatı Avropa diplomatiyasının rəhbəri Federika Mogerini də verib. Onun sözlərinə görə, İrana qarşı tətbiq edilən sanksiyalar ləğv olunub.


Con Kerri və Federika Mogerini

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano bəyan edib ki,
İranın nüvə proqramının məhdudlaşdırmasına dair hesabat Agentliyə üzv dövlətlərə təqdim olunub. Hesabatda bildirilir ki, İran nüvə proqramı çərçivəsində bütün tələbləri yerinə yetirib.

2015-ci il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq.

Sazişə əsasən İran, o cümlədən nüvə silahının yaradılmasında istifadə oluna biləcək sentrifuqların sayını azaltmalı və Əraq şəhəri yaxınlığındakı ağır su reaktorunu demontaj etməlidir.


Yukiya Amano - BAEA-nın baş direktoru

İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya (P5+1 qrupu) arasında 2006-cı ildə başlayan danışıqlar qeyd etdiyimiz kimi ötən ilin iyul ayında yekunlaşıb.

Sanksiyaların qaldırılmasından sonra İran xaricdə dondurulmuş aktivlərinə giriş əldə edəcək.

ABŞ Maliyyə Nazirliyinin dəyərləndirməsinə görə, Tehranın aktivlərinin həcmi 50 mlrd dollar təşkil edir. İran həmçinin neft ixracını da gündə 500 min barrelədək artıra bilər.

Tags:  ABŞ İran qərarını verdi



RƏYLƏR


Top news