Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan İntellektual Oyunlar Klubunun təşkilati dəstəyi ilə keçirilən layihə çərçivəsində Nərimanov rayonu Məktəb Lisey Kompleksinin şagirdləri arasında “Bayraq kuboku” adlı intellektual yarış təşkil olunub.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin dövlət rəmzləri haqqında biliklərini yoxlamaq, bu biliklərin artırılmasını stimullaşdırmaq və vətənpərvərlik ruhunun aşılanmasından ibarətdir.
Layihənin rəhbəri Çingiz Səfərovun sözlərinə görə, seçim mərhələsində 150-ə yaxın şagird iştirak edərək “Bayraq” kuboku uğrunda mübarizə aparıb, finalda isə Elxan Əlizadə qalib gələrək kuboka sahib çıxıb.