159 sərnişin ölümdən döndü

159 sərnişin ölümdən döndü
19:11 30 Dekabr 2014
92 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyada "AirAsia" şirkətinə məxsus təyyarənin dənizə düşməsindən sonra daha bir təyyarə şoku yaşanıb.

ANS PRESS-in məlumatına görə, eyni şirkətə məxsus "AirAsia Zest" aid bir sərnişin təyyarəsi Filippinin cənubundakı bir hava limanına enən zaman qəza keçirib.

Filippin Mülki Aviasiya Təşkilatının mətbuat xidmətinin rəhbəri Erik Apolonio bildirib ki, "Airbus 320-200" tipli təyyarənin paytaxt Manilanın 350 kilometr cənubundakı Kalibo şəhərində olan aerodroma eniş etmək istəyən zaman güclü külək ona mane olub. Nəticədə təyyarə aeroportun kənarında yerə otura bilib. Uçuş zolağının kənarında təyyarənin şassiləri palçığa bataraq qalıb.

Təyyarə oradan çıxarılana qədər aeroport uçuşa bağlı elan olunub. Qəza zamanı təyyarədə olan 159 nəfərdən heç biri xəsarət almayıb. Sərnişinlər qumun üstündə təyyarədən düşürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR