Pullarımız çoxalır

Pullarımız çoxalır
19:17 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycanda nağd pul kütləsi artır

2014-cü ildə Azərbaycan Mərkəzi Bankı aşağı inflyasiya şəraitində pul siyasətinin təşviqedici imkanlarından istifadə edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi mətbuatda dərc olunmuş 2015-ci il üzrə pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.

Sənəddə qeyd edilir ki, qeyri-neft sektorunda investisiya aktivliyinin artırılması və faiz dərəcələrinin azaldılması üçün şəraitin yaradılması məqsədi ilə AMB 2014-cü ildə faiz dəhlizinin parametrlərində iki dəfə dəyişiklik edib: "Nəticədə uçot dərəcəsi mərhələli olaraq 4,75-dən 3,5 faizədək azaldılıb. Eyni zamanda, bankların daxili və xarici öhdəlikləri üzrə mütləq ehtiyat saxlama normaları 3-dən 2 faizədək azaldılıb. Bu tədbirlər depozitlər və kreditlər üzrə faiz dərəcələrinin azaldılmasına təsir etdi".

Bəyanatda bildirilir ki, bu ilin 11 ayında pul kütləsi pul tələbatına qarşı 6,6 faiz artıb: "Bu zaman nağdsız pul kütləsinin artımı nağd pul kütləsinin artımını 22 faiz bənd üstələyib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/316818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR