Azərbaycanda bu gün 20 Yanvar faciəsinin 26-cı ildönümüdür. Hər kəs kimi sənət aləminin tanınmış simaları da bu günü əks etdirən fotolar paylaşaraq, fikirlərini qeyd ediblər.

Axşam.az tanınmışların 20 Yanvar faciəsi ilə bağlı fikirlərini təqdim edir:

Əməkdar artist Röya Ayxan:

"20 Yanvar - unutmadıq. Qanımız və canımız getdi. Xalqımın yaşadığı ən ağır faciələrdən biri anılır bu gün. Allah şəhidlərimizə rəhmət eləsin".

Əməkdar artist Səlim Abbasov:

"Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 26-cı ildönümüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Əməkdar incəsənət xadimi Məlahət Abbasova:

"Sözün bitdiyi gün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin".

Prodüser Tolik:

"Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun".

Müğənni Kərim Abbasov:
"Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. İlahi Amin".

Müğənni Xatun Əliyeva:

"Düşmənlərimiz gəbərsin, şəhidlərimizin ruhu şad olsun".

Müğənni Vasif Məhərrəmli:

"Bu yara qaysaqlayar, amma heç vaxt sağalmaz. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Meyxanaçı Namiq Qaraçuxurlu:

"Unutmarıq, unutmadıq. Allah şəhidlərimizə rəhmət eləsin".

Müğənni Nadir Qafarzadə:

"Allah şəhidlərimizə rəhmət eləsin. Heç kəs unudulmur, heç nə yaddan çıxmır".

Milli.Az

Tanınmışlarımız 20 Yanvar gününü bu cür andılar - FOTO