Hollivud ulduzu aktyor Ceymi Foks qəza törədən sürücünün həyatını xilas edib.

ANS PRESS-in məlumatına görə, hadisə aktyorun Cənubi Kaliforniyadaki evinin yaxınlığında baş verib. Maşın yoldan çıxaraq bir neçə dəfə aşıb və yanmağa başlayıb.

Məşhur aktyor evdən çıxaraq sürücüyə kömək edib. O, yanan maşından sürücünü çıxartmağı bacarıb.

Sürücünün atası aktyorla görüşərək oğlunun həyatını xilas etdiyi üçün ona təşəkkür edib.

Məşhur aktyor qəzaya düşən sürücünü xilas etdi (FOTO)


Ceymi Foks aktyor və müğənnidir. O, bioqrafik "Rey" filmində Çarlz Reyi canlandıraraq məşhurlaşıb. O, bu filmə görə 2005-ci ildə “Oskar” mükafatı alıb.

Tanınmış rejissor Kventin Tarantinonun “Azad Janqo” filminin qəhramanı olub.

Məşhur aktyor qəzaya düşən sürücünü xilas etdi (FOTO)
Ceymi Foks "Rey" filmində


Bundan əlavə aktyor “Qanuna tabe vətandaş”, “Ağ evə şturm”, “Yeni örümcək adam: Yüksək gərginlik” filmlərdə çəkilib.


Cənubi Kaliforniya