Bakı aeroportunda ölüm - FOTO

Bakı aeroportunda ölüm - FOTO
19:37 30 Dekabr 2014
85 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib. Hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, aeroportun girəcəyində sərnişinlərdən birinin halı pisləşib. Kişi qəfil yerə yıxılıb.

Dərhal təcili yardıma xəbər verilib. Lakin həkimlər gələnə qədər kişi dünyasını dəyişib.

İlkin məlumata görə, kişi ürək çatışmazlığından dünyasını dəyişib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ölüm faktını təsdiqləyib. O, anspress-ə açıqlamasında dünyasını dəyişən şəxsin 1948-ci il təvəllüdlü İsfəndiyar Hüseynov olduğunu deyib.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/316823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR