Məlumatı "Report" "Associated Press" agentliyinə istinadən yayıb.
"Bu addım iki qrup arasında qarşıdurmanı əngəlləmək üçün atılıb. Əks təqdirdə, çoxlu sayda insan tələfatı qaçilmaz ola bilərdi", - deyə yerli məmur qeyd edib.
Agentliyin verdiyi xəbərə görə, iki nəfər Nepalın paytaxtı Katmandudan 215 cənub-şərqdə, Rangel şəhərində öldürülüb.
Daha bir nəfər qonşu Qainiyada öldürülüb. Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, ən azı 8 nəfər yaralanıb.