Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor Kaliforniyada evinin yaxınlığında baş vermiş qəzada sürücünü xilas edib. Belə ki, qəzanı evindən görən Ceymi təcili yardıma və polisə zəng etdikdən sonra avtomobilin yanına qaçıb. O, son anda alovlanmağa başlayan maşından sürücünü çıxara bilib. Hadisədən sonra açıqlama verən C.Foks “Yoldan keçən bir nəfərlə şüşəni sındırıb, təhlükəsizlik kəmərini kəsdik. Sonra sürücünü çıxardıq. Bir neçə saniyə sonra isə avtomobil od tutub yandı” deyib.
32 yaşlı sürücü Brett Kile isə Ceymi Foksa sonsuz təşəkkürünü bildirib.

