İnternetdə ən çox bu filmlərə baxıldı - SİYAHI

İnternetdə ən çox bu filmlərə baxıldı - SİYAHI
20:47 30 Dekabr 2014
311 Maraqlı
Ölkə mətbuatı
A- A+

Leonardo Di Kaprionun baş rolda yer aldığı film internet vasitəsilə, təxminən, 30 milyon dəfə yüklənilib.
 
Milli.Az kult.az-a istinadən bildirir ki, “Excipio” şirkətinin verdiyi açıqlamaya görə, filmin yayılması satışla deyil, piratlıqla baş tutub.
 
“İlin ən çox yüklənilən və izlənilən filmi” pilləsində “Uolt stritin canavarı” filmi qərarlaşıb.
 
İkinci leqal olmayan siyahıda Disney şirkətinin “Soyuq ürək” cizgi filmi yer alıb. Cizgi film internet vasitəsilə 29,9 milyon dəfə yüklənilib.
 
Pirat videolar vasitəsilə siyahıda üçüncü yeri “Robocop” filmi tutur. Onun yüklənmə sayı isə 29,8 milyondur.
 
Bundan başqa, reytinqdə “Qravitasiya” ( 29,3 milyon ), “Hobbit” ( 27,6 milyon ), “Herakl: Əfsanənin başlanğıcı” (25,1 milyon) və digər filmlər yer alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/316734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR