Netanyahunun oğlu güllə ilə vuruldu

Netanyahunun oğlu güllə ilə vuruldu
21:47 30 Dekabr 2014
90 Dünya
Ölkə mətbuatı
A- A+

Benyamin Netanyahunun oğlu dərhal xəstəxanaya yerləşdirilib
İsrailin baş naziri Benyamin Netanyahunun oğlu hərbi xidmət zamanı yaralanıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, baş nazirin oğlu Avner Netanyahu təlim zamanı güllə yarası alıb.

İsrail Ordusunun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, yüngül güllə yarası alan Avner Netanyahuya ilk tibbi yardım göstərilib. Onun sağlamlığında ciddi problem yoxdur.

Avnerin hərbi xidmətə davam edib-etməyəcəyi ilə bağlı hələlik heç bir açıqlama verilmir. İsrail mətbuatında yayılan bəzi xəbərlərə görə, A.Netanyahu xəstəxanaada müalicə aldıqdan sonra evə gedib.

A.Netanyahunun hansı şəraitdə yaralandığı açıqlanmır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/316832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR