"O səs Türkiyə"nin dünənki buraxılışında müğənni Murad Boz internetdə onun adından yayılan açıqlamalardan şikayət edib.
Axşam.az-ın məlumatına görə, ifaçı onun fotolarının altına başqa sözlər yazanları artıq məhkəməyə verdyini açıqlayıb. O, fanatlarından belə şeylərə inanmamalarını istəyib:
"Hamısını məhkəməyə vermişəm. Mənimlə əlaqəsi olmayan şeylər yazırlar. Məni sevən, sevməyən hər kəsə səslənirəm, yazılanlara inanmayın".
Münsiflərdə oturan həmkarları da Murada qoşularaq dəstəkləyiblər. Ebru Gündeş də: "Gözümüz bağlı foto çəkdirə bilmirik, dərhal "illuminati" adlandırırlar", - deyib.
Milli.Az