Hollandiyada erməni vəhşiliklərini əks etdirən foto sərgilər keşirilir

Hollandiyada erməni vəhşiliklərini əks etdirən foto sərgilər keşirilir
22:54 30 Dekabr 2014
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Hollandiyanın Aalten şəhərində Ermənistanın Azərbaycana təcüavüzü nətiəsində törədilən Xocalı soyqırımı ilə bağlı sərgilər keçirilib. Sərgilərin təşkilatçısı olan Azərbaycan – Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın APA - ya bildirib ki, foto sərgilərdə 1992-ci ildə Xocalıda və Azərbaycanın digər işğal olunmuş ərazilərində müxtəlif şəxslər tərəfindən çəkilmiş fotolarda ermənilərin törətdikləri soyqırımlar, vəhşiliklər, işgəncələr əks olunub.

 

Sərgilərdə nümayiş olunan 125 fotoda azərbaycanlıların ermənilər tərəfindən məruz qaldığı vəhşiliklər geniş əks olunub. İ. Aşkın bildirib ki, sərgi çoxlu sayda tamaşaçılar tərəfindən ziyarət olunub və nümayiş olunan fotolar ziyarətçilərdə dərin təəssürat oyadıb. İ. Aşkın onu da bildirib ki, bu kimi sərgilər digər şəhərlərdə də təşkil olunacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR