Dünyanın ən məşhur futbolçularından biri Devid Bekhem dünən Nyu-Yorkdakı "John F. Kennedy International Airport" hava limanında idi.
O, papağını gözünə basaraq tanınmamağa çalışsa da, alınmayıb və reportyorların diqqətindən yayına bilməyib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 4 övlad atası olan 40 yaşlı Bekhem ətrafdakı reportyorları süzəndən sonra avtomobilinə əyləşərək hava limanını tərk edib.
Milli.Az




