Dekabrın son günü hava necə olacaq?

Dekabrın son günü hava necə olacaq?
00:12 31 Dekabr 2014
185 Sosial
Ölkə mətbuatı
A- A+

Bu günün hava proqnozu
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gün ərzində şimal küləyinin güclənəcəyi, arabir 23-25 m/s olacağı gözlənilir.

Temperatur gecə 4-7°, günün birinci yarısında 7-9°, günün ikinci yarısında, axşama doğru 2-4°, Bakıda gecə 5-7°, günün birinci yarısında 7-9°, günün ikinci yarısında, axşama doğru 2-4° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sutununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında
gecəyə doğru havanın arabir yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə bəzi yerlərdə duman olacaq. Gecəyə doğru arabir az yağıntı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə və gündüz 2° şaxtadan 3°-dək isti, bəzi yerlərdə 5°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-4° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər duman, çiskin olacaq. Axşam Quba, Qusar bölgəsindən başlayaraq yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5°, gündüz 11-16° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər duman, çiskin olacaq. Axşama doğru arabir yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 2-5°, gündüz 10-14°, dağlarda gecə 0-3°, gündüz 5-10° isti olacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/316797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR