Bakıda Avrasiya Akademiyası fəaliyyətə başlayıb

17:33 29 Yanvar 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

A+
A

Bakı, 29 yanvar, Elvira Məmmədova, AZƏRTAC
Yanvarın 29-da Xəzər Universitetində Avrasiya Akademiyasının açılışı və “Avrasiya əfsanəsi” mükafatının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Türkiyə, ABŞ, İsveçrə, Gürcüstan, Moldova və digər ölkələrinin təmsilçiləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, elmi ictimaiyyətin nümayəndələri, səfirlər və şirkətlərin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Avrasiya Akademiyası haqqında film nümayiş olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 2012-ci ildə bir qrup intellektual, elm və sənət adamları arasında bir yeni Akademiyanın yaradılması barədə məsləhətləşmələr aparılıb. Akademiyanın təsisçiləri, əsas prinsipləri, seçilmiş üzvlərə veriləcək mükafatın ideyası, elm, texnologiya və incəsənətin müxtəlif sahələrində fərqlənən şəxslərə veriləcək medallar, Akademiyanın adı və digər məsələlər haqqında ümumi fikrə gəlinib. Azərbaycan, Türkiyə və ABŞ vətəndaşları olan professorlar Halil İnalcık, Lütfi Zadə, Mahmut Qazi Yaşargil, Hamlet İsaxanlı və bəstəkar Arif Məlikov Akademiyanın qurucu üzvləridir.
Tədbirdə, həmçinin “Avrasiya əfsanəsi” mükafatının təqdimatı olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Avrasiya_Akademiyasi_fealiyyete_baslayib-922826

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR