ABŞ-ın Denver şəhərində yüngül təyyarə yaşayış evinin həyətinə düşüb.
ANS PRESS-in məlumatına görə, bu haqda “Associated Press” xəbər verib.
İki mühərikli “Cessna 404” təyyarəsi aeroportdan qalxdıqdan bir müddət sonra yaxınlıqdakı yaşayış evinin həyətinə düşüb.
Hadisə nəticəsində təyyarənin pilotu həlak olub. Yerli sakinlərdən zərər çəkən yoxdur.
ABŞ-ın nəqliyyatda təhlükəsizlik üzrə milli şurası qəzanın araşdırılmasıyla məşğul olur.