"O səs Türkiyə"nin dünənki buraxılışında "Çarpaz qarşılaşmalar" mərhələsinin növbəti günü baş tutub.

Axşam.az-ın məlumatına görə, Murad Bozun komandasnda olan azərbaycanlı iştirakçı Leyla Rəhimova Gökhan-Hakan Özoğuzların komandasından olan Yusuf Yükseklə qarşılaşıb.

Leyla Muslüm Gursesin repertuarından "Vazkeçmem" mahnısını səsləndirib. İfasının sonunda Ebru Gündeş Leylanın səsinə heyranlığını ifadə edib. Lakin zalda oturan tamaşaçılar "İsyan" mahnısını oxuyan Yusufa daha çox səs veriblər. Həmyerlimiz 41 faiz səslə "O səs Türkiyə"ni tərk edən sonuncu azərbaycanlı olub.

Sosial şəbəkələrdə azərbaycanlılarla yanaşaı türkiyəlilər də Leyla və Yusufun arasındakı səsverməni "ədalətsizlik" adlandırıblar. İstifadəçilər "Yusuf yaxşı oxudu, amma Leyla daha çox layiq idi, haqsızlıq edildi" yazıblar.