“O Səs Türkiyə”də azərbaycanlı ifaçının məğlub olması sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

ANS PRESS-in məlumatına görə, Murat Bozun komandasında olan azərbaycanlı iştirakçı Leyla Rəhimova Gökhan-Hakan Özoğuzların komandasından olan Yusuf Yükseklə növbəti mərhələyə keçmək üçün təkbətək qarşılaşıb.

Leyla Rəhimova Türkiyənin əfsanəsi hesab edilən mərhum Muslüm Gursesin repertuarından "Vazkeçməm" mahnısını ifa edib. Yusuf Yüksek isə Halil Sezainin “İsyan” mahnısını ifa edib.


Leyla Rəhimova ilə Yusuf Yüksekin ifası

Münsiflər heyəti Leylanı bəyənsələr də zaldakı tamaşaçılar Yusuf Yükseki seçib. Beləliklə, həmyerlimiz müsabiqədə mübarəzini dayandırıb.

Sosial şəbəkə istifadəçiləri Leyla və Yusufun arasındakı səsvermədə qərəzli mövqeyin olduğunu bildiriblər. Onlar "Yusuf yaxşı oxudu, amma Leyla daha çox layiq idi, haqsızlıq edildi" yazıblar.

"O səs Türkiyə"nin münsif kürsüsündə Muradla yanaşı müğənnilər Ebru Gündeş, Hadisə, Hakan və Gökhan Özoğuş qardaşları əyləşib.

Bir neçə gün əvvəl Leyla Rəhimova Sinan Erkeklə birgə duet səsləndirib. Musiqiçilər Deniz Sekinin repertuarından "Adaletsiz seçim" mahnısını ifa ediblər.


"O Səs Türkiyə" verilişi

Duetdən sonra münsif kürsüsündə əyləşən Murad Boz hər iki ifaçını tərifləyib. Lakin ulduz müğənni azərbaycanlı ifaçı Leyla Rəhimovanı seçib.

Həmçinin oxuyun: Türkiyəli məşhur müğənni azərbaycanlı qızı seçdi (VİDEO)