“Mənə ümid kimi bax” şeirlər kitabı təqdim olunub

12:28 13 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı,13 fevral, Z.Mansurova, AzərTAc
Fevralın 13-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun yeni çapdan çıxmış “Mənə ümid kimi bax” şeirlər kitabının təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, kitabxananın direktoru Kərim Tahirov xalq şairi Zəlimxan Yaqubun “Mənə ümid kimi bax” kitabında müxtəlif illərdə yazdığı və bu gün dillər əzbəri olan şeirlərindən seçmələrin toplandığını bildirib.
Vurğulanıb ki, şeirsevərlər kitabda şairin Vətən, türkçülük, ictimai-siyasi mövzularda yazdığı şeirlərlə yanaşı, dünya, sevgi, həyat və ölüm, qürbət haqqında düşüncələr və digər mövzularda qələmə aldığı bənzərsiz poetik nümunələrlə tanış ola biləcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mene_umid_kimi_bax_seirler_kitabi_teqdim_olunub-831988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR