Milyarder Roman Abramoviçin qızı Sofiyanın məşhurluğu atasını kölgədə qoyub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Sofiya İngiltərənin ən ən məşhur subay gənclərindəndir. 18 yaşındakı qız milyon dollarlıq sərvətə sahibdir. O, məktəbə bəzən gülləkeçirməz özəl avtomobillə yollanır. Ən maraqlısı isə gənc qızın bəzi hallarda məktəbə təyyarə ilə getməsi olub.

Sofiya Devid Bekhemin övladları ilə tez-tez partilər təşkil edir. O, anası ilə birlikdə Londonda yaşayır.

Milyarderin qızı məktəbə təyyarə ilə gedir