Dünən "O səs Türkiyə"nin canlı efirində yarışmanı tərk edən iştirakçının sözləri gözlənilməz olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ercan səsvermənin nəticələrinə görə uduzduqdan sonra komanda rəhbəri Ebru Gündeşə "İki uşağım var, işim yoxdur" deyib. Onun bu mesajına müğənni gülümsəsə də, aparıcı Acun İlıcalı əsəbləşib:
"Kaş ki bunları səhnənin arxasında deyəydin, canlı yayımda iş müraciəti etməyəydin. Biz sənə hər cür kömək edərik, amma Ebru Gündeşi ekranda çətin vəziyyətdə qoymaq lazım deyil".
Yarışmaçı məğlubiyyətdən özünü itirdiyini deyərək belə bir addım atdığını bildirib.
Milli.Az