Balakən sakini dəm qazından zəhərləndi

Balakən sakini dəm qazından zəhərləndi
03:39 31 Dekabr 2014
131 Ölkə
Ölkə mətbuatı
A- A+

21 yaşlı Balakən rayon sakini dəm qazından zəhərlənib. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1993-cü il təvəllüdlü Elfanə Doldolova dekabrın 30-u axşam saat 20:30 radələrində  zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 21 yaşlı Elfanə Doldolova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Elfanə Doldolovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR